Xəzər Xəbər

Türkiyəli hərbçilər Cəbrayılda minatəmizləmə əməliyyatlarını uğurla davam etdirirlər VİDEO

Veb TV | 20:59 • 24 Oktyabr 2021
Türkiyəli hərbçilər Cəbrayılda minatəmizləmə əməliyyatlarını uğurla davam etdirirlər

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində minatəmizləmə əməliyyatları uğurla davam etdirilir.

Türkiyənin ''TRT Haber'' televiziya kanalı türk hərbiçilərin fəaliyyəti ilə bağlı  reportaj hazırlayıb.

Xezerxeber.az-ın məlumatına görə, ərazidə xidmət edən hərbçilərə əvvəlcə minalanmış ərazilər barədə, sonra isə həmin ərazilərin strukturu və orada olan təhlükə barədə məlumatlar verilir. Hərbçilər bundan sonra minalardan təmizlənmə işləri aparırlar. Bu işdə onlar xüsusi təlim keçmiş itlərdən də istifadə edirlər.

Qeyd edək ki, bir müddət əvvəl  Türkiyə Silahlı Qüvvələrinin mina axtarma və təmizləmə üzrə 136 nəfərlik heyəti Azərbaycana gəlmişdi. Bundan başqa Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində də Türkiyə Azərbaycana kömək etmişdi. Bu məqsədlə 20 ədəd mina təmizləyən maşın ölkəmizə gətirlmişdi. Texnika və avadanlıqlar azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin sərəncamına verilərək yaşayış məntəqələrinin və əkin üçün yararlı olan ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinə cəlb edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti