Xəzər Xəbər

İnanılmaz olay: Güclü zəlzələ batırılan döyüş gəmilərini yer üzünə qaldırdı VİDEO

Veb TV | 15:08 • 20 Oktyabr 2021
İnanılmaz olay: Güclü zəlzələ batırılan döyüş gəmilərini yer üzünə qaldırdı

İkinci dünya müharibəsi zamanı batırılan ruh-gəmilər Yaponiyanın İvodzima adası yaxınlığında su səthinin üstündə peyda olublar.

Bu, bir müddət öncə regionda baş verən güclü zəlzələ nəticəsində mümkün olub.

"Daily Mail"in məlumatına görə, hazırda 24 gəmi “skeleti” sahildə “yatır”. Onların havadan çəkilmiş videosu “All Nippon News” tərəfindən yayımlanıb.

Bu gəmilərin İvodzima döyüşü əsnasında Amerika qoşunları tərəfindən ələ keçirildiyi qeyd olunur. Onlar adanın qərb hissəsinə aparılıb və “volnorez” (gəmilərin dayaqlarını dalğalardan qoruyan vasitə) kimi istifadə edilib. Müharibədən dərhal sonra bu gəmilər batırılıb və 70 ildən artıq su altında qalıblar./Teleqraf.com 

Xəbər lenti