Xəzər Xəbər

Azərbaycanda ŞOK HADİSƏ: Ana azyaşlı qızını dayənin üstünə atıb qaçdı VİDEO

Veb TV | 500 | 13:12 • 20 Oktyabr 2021
Azərbaycanda ŞOK HADİSƏ: Ana azyaşlı qızını dayənin üstünə atıb qaçdı

Rusiyadan Bakıya gələn qadın uşağını dayəyə verərək yoxa çıxıb. 8 yaşlı Zeynəb bu gün qadın və uşaq sığınacağına yerləşdirilib. “XəzərXəbər” oraya gedərək balaca Zeynəbi danışdırıb. 

8 yaşlı Zeynəb Valideyn qayğısına daha çox ehtiyacı olduğu bir vaxtda xoşbəxtliyini sığınacaqda axtarır. Pişiklərə sığal çəkir, özü məhrum olduğu nəvazişi onlardan əsirgəmir.

Zeynəb uzun müddət ailəsi ilə birlikdə Rusiyada yaşadığını deyir. Anası Bakıya gələrkən onu da özü ilə bura gətirib. Bakıya gəldikdən sonra isə 8 yaşlı Zeynəbin  keşməkeşli günləri başlayıb. Paytaxtdakı kafelərdən birinə gələn qadın uşağa baxmaq üçün dayə axtardığını bildirib. Kafedəki şəxslərdən biri bacısının dayə olduğunu deyərək onları tanış edib. Daha sonra uşağı dayəyə verən ana yoxa çıxıb.

Zeynəb anası Kəmalə xanım tərəfindən zorakılığa məruz qaldığını da deyir. 

Uşağın dayəsi Pərvanə Məmmədova ilə əlaqə saxladıq. O "XəzərXəbər"ə açıqlamasında bildirdi ki uşağı ona təhvil verən ana geri qayıdacağını deyib. Amma sonradan qadınla nə qədər cəhd etsə də əlaqə saxlaya bilməyib. Pərvanə Məmmədova uşağı 8 gün saxladıqdan sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin köməyi ilə sığınacağa yerləşdirib.

Balaca Zeynəb "XəzərXəbər" vasitəsi ilə doğmalrına müraciət etdi.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sığınacağa yerləşdirilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.Onun valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar davam etdirilir.

 

Xəbər lenti