Xəzər Xəbər

Qayınanası Sevda ilə bağlı sirləri açdı VİDEO

Veb TV | 12:52 • 20 Oktyabr 2021
Qayınanası Sevda ilə bağlı sirləri açdı

Müğənni Sevda Yahyayeva "Səhər mərkəzi" verilişinin qonağı olub.

XəzərXəbər xəbər verir ki, gələn həftə toyu olacaq sənətçinin qayınanası Svetlana Bayramova onunla bağlı açıqlama verib. O bildirib ki, oğlu Zakirin Sevda ilə ailə qurmasına sevinib:

"Ah bu Sevda" mahnısını çox sevirdim. Sən demə, qızlarım bilirmiş. Bir gün oturub mənə dedilər ki, elçi gedəcəyik, sevindiyimdən ağladım. Mənfi xüsusiyyəti odur ki, iş görməyə qoymur. Qonaq gələndə nəşə etmək istəyirəm, imkan vermir. Səliqəyə fikir verən adamam. Çox səliqəlidir, hər şey yerində olur.

Sevda ilə oğlum görüşəndə onun ilk sözü bu olub ki, müğənniyəm, işimi davam etdirəcəm, hər yerə çağırıla bilərəm. Biz müasir ailəyik, deyib ki, problem yoxdur. Xoşbəxtəm ki, ocağımıza belə gəlin düşüb".

Qeyd edək ki, Sevda və Zakir bir il 2 ay əvvəl rəsmi nikaha girib. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb. 

 

Xəbər lenti