Xəzər Xəbər

Ölkəmizdə taksilərə yeni rəqib - Bakıda mototaksilərə maraq necədir? VİDEO

Veb TV | 10:22 • 20 Oktyabr 2021
Ölkəmizdə taksilərə yeni rəqib - Bakıda mototaksilərə maraq necədir?

 “Motosiklet yalnız yemək daşımaq üçündür” desək, bəlkə də yanılmarıq, çünki gördüyümüzü deyirik. Bugünədək ondan ən çox kuryer xidməti göstərənlərin gedib-gəldiyinin şahidi olduğumuz üçün. Lakin bu növ nəqliyyat vasitəsilə, tək lahmacun, dönər və suşi yox, sərnişin daşımaq da mümkün imiş. Bu da artıq taksi xidməti hesab edilir. Mototaksi.

Bu işin başından yapışan və ilk dövrlərdə az qala başını götürüb qaçmağı düşünən Röyal Hüseynov cəmiyyətimizin mototaksiyə hələ də öyrəşmədiyini deyir. Bu da ən çox mosotikletə olan ikrah hissindən, haradasa ehtiyatdan, haradasa qorxudan, haradasa isə mentalitetdən irəli gələn amildir. Amma.. işlər, yavaş-yavaş olsa da, ölü nöqtədən tərpənib.

Əslində Mototaksi xidməti dünyanın həm iqtisadi, həm sosial, həm də mentalitet baxımından inkişaf etmiş ölkələrində mövcuddur. Xüsusilə iri şəhərlərdə uzun txacın “qısa çıxış yolu” hesab edilir. Bakının da txaclarını nəzərə alsaq, mototaksi işə tez çatmaq üçün ideal nəqliyyat vasitəsinə çevrilə bilər.

Ölkəmizdə 4 aydır ki, fəaliyyət göstərəm bu xidmətin özünəməxsusluğu ondan ibarətdir ki,həm insana zövq verir həm də ünvana qısa müddət ərzimdə ünvana tez çatdırır.

Xəbər lenti