Xəzər Xəbər

Bakıda birinci sinif şagirdi koronavirusdan vəfat edib? AÇIQLAMA/VİDEO

Veb TV | 20:53 • 19 Oktyabr 2021
Bakıda birinci sinif şagirdi koronavirusdan vəfat edib?

Bakıda birinci sinif şagirdi vəfat edib. Sosial şəbəkələrdə yayılan məlumatlarda məktəblinin koronavirusdan dünyasını dəyişdiyi deyilirdi.

Xəbərin izi ilə şagirdin təhsil aldığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki məktəbə getdik. Məlum oldu ki, vəfat edən şagird Balakən rayonu sakini Renat Quliyev olub.

Xezerxeber.az-ın məlumatına görə, mərhumun anası Aygün Quliyeva övladının COVID-19-dan dünyasını dəyişməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd edib ki, oğlunun bədənində səpki, üzündə isə şişlər əmələ gəlib.

Şagirdin nənəsi Mehriban Quliyeva əlavə edib ki, Renat 4 gün evdə, 5 gün isə xəstəxanada müalicə alıb. O, oktyabrın 14-ü müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bu arada,TƏBİB birinci sinif şagirdinin vəfatı ilə bağlı açıqlama yayıb.

Qeyd edilib ki, Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən Renat Quliyev ''MisC" xəstəliyindən, uşaqlarda multisistem iltihab sindromundan vəfat edib. O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti