Xəzər Xəbər

Lirənin ucuzlaşması Türkiyədən onlayn alış-verişin həcmini artırıb VİDEO

Veb TV | 20:14 • 19 Oktyabr 2021
Lirənin ucuzlaşması Türkiyədən onlayn alış-verişin həcmini artırıb

Son günlər Türkiyənin milli valyutası olan lirə sürətlə dəyər itirir.

Bu gün axşam saatlarına olan məlumata görə, lirə ABŞ dollarına nisbətdə bir qədər də ucuzlaşıb və 100 dollar təqribən 931 lirəyə bərabər olub.

Xezerxeber.az-ın məlumatına görə, lirənin məzənnəsində qeydə alınan ucuzlaşma Türkiyə tekstil məhsullarının onlayn idxalçılarından biri kimi Azərbaycan vətəndaşlarını da yaxından maraqlandırır.

İqtisadçı- ekspert Rəşad Həsənov deyir ki, Azərbaycanda Türkiyə məhsullarını onlayn qaydada satın alan xeyli sayda insan var. Ona görə də mövcud vəziyyət onlar üçün daha sərfəli şərait yaradır.

Türkiyədən Azərbaycana sifariş yerinə yetirən karqo şirkətlərindən birinin nümayəndəsi Samir Əfətli bildirir ki, lirənin dəyər itirməsi fonunda Türkiyə məhsulları Azərbaycan alıcıları üçün daha ucuz başa gəlir və nəticədə Türkiyədən gətirilən məhsulların onlayn alış-verişi artır.

Amma Samir Əfətlinin fikrincə, Azərbaycan alıcıları üçün yaranmış bu vəziyyət müvəqqətidir və yaxın həftələrdə qiymətlər xarici alıcılar üçün köhnə səviyyəyə qayıdacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti