Xəzər Xəbər

Tacir Muradlı: 20 yaşında şəhidlik zirvəsinə ucaldı VİDEO

Veb TV | 21:35 • 18 Oktyabr 2021
Tacir Muradlı: 20 yaşında şəhidlik zirvəsinə ucaldı

44 günlük vətən müharibəsində canını fəda edən qəhrəman övladlarımızdan biri də Beyləqan rayon sakini Tacir Muradlıdır. O, Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.  Tacir 20 yaşında şəhidlik zirvəsinə yüksəlib.

Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. 20 yaşında şəhidlik zirvəsinə yüksələn hərbçimizin ən böyük arzusu Qarabağın azadlığı olub.

Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə savaşıb. O, həm də 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidovun şəxsi mühafizə heyətinin üzvü idi. Tacir Muradlı  Qubadlı döyüşləri zamanı şəhid olub. Döyüşçü yoldaşları və komandirlərinin  sözlərinə görə, o sözün əsil mənasında qəhrəman olub.

Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda" , Füzuli və Cəbrayılın azad olunmasına   görə medalları ilə təltif edilib.

Xəbər lenti