Xəzər Xəbər

40 ilə yaxındır, evlərini sənədləşdirə bilmirlər VİDEO

Veb TV | 20:52 • 18 Oktyabr 2021
40 ilə yaxındır, evlərini sənədləşdirə bilmirlər

40 ilə yaxındır Abşeron rayonu, Xırdalan şəhəri Medkalon adlanan yaşayış massivində yaşayırlar. Amma evlərini sənədləşdirə bilmirlər. İllərdir evlərinə sənəd alan bilməyən  bir neçə ailə döymədikləri qapı  qalmadığını bildirir.

Bir evdə üç nəsil dəyişir, amma evlərini sənədləşdirə bilmirlər.

Abşeron rayonu, Xırdalan şəhəri Medkalon adlanan yaşayış massivində bir neçə ailə evlərinə sənəd ala bilmir. 

Sakinlər  məsələylə bağlı məhkəməyə  müraciət etsə də heç bir müsbət nəticəsi olmadığını bildirirlər. Onlar problemlə bağlı İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə dəfələrlə müraciət etdiklərini deyir.

Məsələylə bağlı biz də Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdik . "XəzərXəbər"ə bildirildi ki, vətəndaşlar   mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edib. Qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil sahəsinə  dair hüquqmüəyyənedici sənədlər olmadığı üçün Əmlak Məsələləri Dövlət Xidməti  tərəfindən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmayıb. Həmçinin vətəndaşlar tərəfindən məsələ ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizə ilə müraciət edilib, lakin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia rədd edilib.

Xəbər lenti