Xəzər Xəbər

İran Ermənistanla birlikdə Azərbaycanın işğal edilmiş torpaqlarından narkotrafik kimi istifadə edib VİDEO

Veb TV | 21:42 • 15 Oktyabr 2021
İran Ermənistanla birlikdə Azərbaycanın işğal edilmiş torpaqlarından narkotrafik kimi istifadə edib

''İşğalçı, təcavüzkar dövlətlə əməkdaşlıq edən İran Azərbaycana münasibətdə uzun illər ərzində riyakar siyasət yürüdüb. Ərazilərimizin işğal altında olmasından istifadə edib narkotik ticarəti ilə məşğul olub. Azərbaycan isə 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq İranı bu yağlı tikədən məhrum etdi''.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında İranın narkotrafik marşrutu ilə bağlı söylədiklərini şərh edərkən səsləndirib.

Deputat bildirib ki, dövlət başçısı İranın xəyanətkar siyasətini konkret faktlarla beynəlxalq ictimaiyyətə çatdırdı. Bəhruz Məhərrmov vurğulayıb ki, Azərbaycan əvvəllər də işğal altındakı torpaqlarımızın narkotrafik və terrorçu düşərgələri üçün istifadə edildiyini bildirsə də, İran bunu rədd edir, Azərbaycana dost ölkə olduğunu ifadə edirdi.

Millət vəkili vurğulayıb ki, İranın nümayiş etdirdiyi ritorika nəinki qonşuluğa yaraşmır, həm də bu ölkənin öz konstitusiyasına ziddir. Bəhruz Məhərrəmovun sözlərinə görə İran Azərbaycana olan münasibətində beynəlxalq hüquq qaydalarını kobudcasına pozur. Lakin bu düşmənçilik dünyadan təcrid olunmuş cənub qonşumuza xeyir gətirməyəcək. Əlindən gəlirli bir narkotrafik marşrutu çıxdığına görə İran hiddətlənir və son dövrlər açıq şəkildə təxribatçı davranışlar sərgiləyir. Deputat əlavə edib ki, Prezident İlham Əliyev narkotrafik marşturu ilə bağlı səsləndirdiyi faktlar İranın iç üzünü aşkara çıxardı. Bu cənub qonşumuza ali səviyyədə ifadə edilən növbəti ismarış idi.

Bəhruz Məhərrəmov əlavə edib ki, torpaqlarımızın azad olunması ilə bu faktların daha çılpaq şəkildə ortaya çıxdığı bu ərəfədə İran üzr istəməli, nümayiş etdirdiyi sərt ritorikaya son qoymalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti