Xəzər Xəbər

Şəhid hərbçimiz Əfqan Həmzəyev dəfn edilib VİDEO

Veb TV | 19:31 • 15 Oktyabr 2021
Şəhid hərbçimiz Əfqan Həmzəyev dəfn edilib

Məğlub Ermənistan ordusu yenə də çirkin əməllərindən əl çəkmir. Ötən gün qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu, 19 yaşlı Əfqan Həmzəyev şəhid olub.

Xezerxeber.az-ın məlumatına görə, 2002-ci ildə  Goranboy rayonunun Borsunlu kəndində doğulan Əfqan bir il öncə hərbi xidmətə çağırılmışdı.

O, bir  bacının yeganə qardaşı, ailənin böyük övladı idi. Doğmaları Əfqanın mərd, vətənpərvər bir gənc olduğunu deyirlər. Sonuncu dəfə şəhid olmazdan bir gün öncə ailəsi ilə danışaraq yüksək əhvali- ruhiyyədə vətənə xidmət etdiyini bildirib.

Kiçikdən böyüyə hər kəs əllərində bayraq Əfqan Həmzəyevin doğulduğu Borsunlu kəndinə  axışaraq onunla sonuncu dəfə vidalaşmağa gəlmişdilər. Dəfn mərasimində Goranboy Rayon İcra Hakimiyyətin başçısı Məhərrəm Quliyev, hüquq- mühafizə orqanlarının və rayon ictimaiyyətin nümayəndələri də iştirak edib.

Əfqan Həmzəyev kənd qəbiristanlığında torpağa tapşırılıb. Onun tabutuna bükülən bayraq atasına təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti