Xəzər Xəbər

Yol qəzaları iki nəfərin həyatına son qoydu VİDEO

Veb TV | 19:55 • 15 Oktyabr 2021
Yol qəzaları iki nəfərin həyatına son qoydu

Balakəndə minik avtomobilinin vurduğu piyada hadisə yerində dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Kortala kəndi ərazisində baş verib.

Rayonun Hənifə kənd sakini İsa Həsənov idarə etdiyi avtomobillə hərkətdə olarkən Kortala kənd sakini Qurban Kərimovu vurub. Nəticədə Qurban Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şirvan şəhərində isə avtomobil sərxoş piyadanı vurub.

Minik avtomobilinin sürücüsü sərxoş vəziyyətdə olan Şirvan sakini, 1981-ci il təvəllüdlü Tahir Məmmədovu vurub. O, ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti