Xəzər Xəbər

Vətən müharibəsinin 18-ci günü: düşmənə ağır zərbələr vurulur, torpaqlarımız azad edilirdi VİDEO

Veb TV | 20:10 • 14 Oktyabr 2021
Vətən müharibəsinin 18-ci günü: düşmənə ağır zərbələr vurulur, torpaqlarımız azad edilirdi

Vətən müharibəsinin 18-ci günü də Azərbaycan Ordusu öz xalqına qələbə sevinci yaşatdı.

Xezerxeber.az-ın məlumatına görə, ötən ilin bu günü rəşadətli odumuz Füzuli rayonunun Qaradağlı, Xatunbulaq və Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə və Tağaser kəndlərini işğaldan azad etdi.

Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım etdi.

Fransanın ''France 24'' telekanlaına müasahibə verən Prezident İlham Əliyev Türkiyənin müharibədə hərbi iştirakı ilə bağlı iddiaların əsassız olduğuna diqqət çəkdi.

Ötən ilin bu günü Azərbaycan Ordusu gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ümumilikdə 3 ədəd "Elbrus" raket qurğusunu məhv etdi. Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrimiz tərəfindən məhv edilən əməliyyat-taktiki raket komplekslərinin mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini  paylaşdı.

Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vuruldu.

Cəbhədə ordumuzun üstünlüyü fonunda Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsünü paylaşdı.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olan mülki şəxlərin sayı 43 nəfərə çatdı. Müharibənin başladığı ilk gündən oktyabrın 14-dək 214 nəfər isə xəsarət aldı, 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşdü.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti