Xəzər Xəbər

İcra hakimiyyətinin yerləşdiyi binanın yaxınlığında piyada səkisi zəbt edilib VİDEO

Veb TV | 19:33 • 14 Oktyabr 2021
İcra hakimiyyətinin yerləşdiyi binanın yaxınlığında piyada səkisi zəbt edilib

Bakıda 3 metr enində olan piyada səkilərindən biri tamamilə zəbt edilib. Nəticədə piyadalar yolun hərəkət hissəsindən keçməli olurlar. Bu hal isə həm onlar üçün, həm də sürücülər üçün təhlükə yaradır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xətai rayonu, Süleyman Vəzirov küçəsindən gedir.

Zəbt edilən səki Xətai Rayon İcra Hakimiyyətinin yerləşdiyi binanın yaxınlığındadır.

Çəkiliş zamanı məlum olub ki, hasara alınan ərazidə inşa edilən çoxmərtəbəli bina bir müddət əvvəl bağlanmış ''Ata Bank''a məxsus olub. Bura həmin bankın baş ofisi üçün tikilib. Binaya hazırda nəzarət edən şəxslər bildiriblər ki, hasara alınmadan onların məlumatı yoxdur. Buna baxmayaraq, problemin aradan qaldırılması məqsədi ilə Əmanətlərinin Sığortalanması Fonduna müraciət ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti