Xəzər Xəbər

Koronavirus səbəbindən distant təhsilə keçən siniflərin sayı artır VİDEO

Veb TV | 20:24 • 14 Oktyabr 2021
Koronavirus səbəbindən distant təhsilə keçən siniflərin sayı artır

Sentyabrın 22-dən 1-4-cü, sentyabrın 29-dan isə 5-11-ci siniflər üzrə bütün təhsil müəssisələrində əyani tədrisə başlanılıb. Lakin dərs başlayandan ümumilikdə  241 sinif distant təhsilə keçirilib.

Səbəb şagirdlər və ya müəllimlər arasında koronavirusa yoluxma hallarının aşkarlanmasıdır. Bu dəfə isə Respublika Humanitar Fənlər Gimnaziyasının distant təşkil edilməsinə qərar verilib.

Xezerxeber.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev bildirib ki, Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

Fuad Qarayev əlavə edib ki, paytaxtla yanaşı bölgələrdə də bəzi siniflər distant təhsilə keçirilib.

Cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən  müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələri  tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti