Xəzər Xəbər

Sürücülərin NƏZƏRİNƏ: 16 oktyabra qədər… VİDEO

Veb TV | 19:57 • 13 Oktyabr 2021
Sürücülərin NƏZƏRİNƏ: 16 oktyabra qədər…

Bakıda daha bir yol təmirə bağlanıb. 3-cü mikrorayon bazarının qarşısındakı yol əsaslı təmir edildiyindən yolun hər iki tərəfi nəqliyyatın hərəkətinə bağlanıb. Bundan başqa, həmin yolda hərəkətin təşkilində də bəzi dəyişikliklər edilib. Bəs bu dəyişikliklər nələrdir?

Şəhərin mərkəzi küçələrindən birində istismar müddəti başa çatmış yolda əsaslı təmir işləri görülür. 

Nəsimi rayonu Alı Mustafayev küçəsində "3-cü mikrorayon" dairəsindən "Xutor" adlandırılan dairəyədək olan istiqamətdə yol tam bağlanaraq əsaslı təmir edilir. Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən aparılan işlər zamanı, küçə boyunca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib.

Qeyd edək ki, sözügedən yolda təmir işləri zamanı hərəkətin təşkilində də dəyşiklik olunur. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, əsas dəyişiklik "3-cü mikrorayon" dairəsindən üzü "Xutor" dairəsi istiqamətində olan yolda edilir.

Asfalt vurulduqdan sonra yolda, nişanlama işləri və cizgi xətləri çəkiləcək. Qeyd edək ki, yol tam olaraq oktyabrın 16-a qədər istifadəyə veriləcək. 

Xəbər lenti