Xəzər Xəbər

“Squid game” “Netflix” tarixində ən çox izlənilən serial oldu VİDEO

Veb TV | 18:25 • 13 Oktyabr 2021
“Squid game” “Netflix” tarixində ən çox izlənilən serial oldu

Rejissor Hvan Don-hekin yaşamaq uğrunda mübarizə ilə bağlı çəkdiyi “Squid Game” adlı ekran əsəri “Netflix” platforması tarixinin ən populyarı serialı olub.

Bu barədə xidmətin rəsmi “Twitter” hesabında xəbər verilib.

Premyerasından 25 gün sonra serial 111 milyon baxış sayı toplayıb. Bu o deməkdir ki, “Squid game” ilk dörd həftədə 82 milyon baxış toplayan ABŞ-ın “Bridgertons” serialını keçib.

Qeyd edək ki, “Squid Game” maddi çətinliklərini həll etmək üçün adaya yollanan və sağ qalma oyunlarına qatılan personajlardan bəhs edir. Onlar 40 milyon dollar qazanmaq üçün uşaqlıqda oynadıqları altı oyunu uğurla başa vurmalıdırlar. Rəqabətə tab gətirməyib uduzanlar isə həlak olurlar.

Xəbər lenti