Xəzər Xəbər

Gizli eşqdən uşaq dünyaya gətirdi - Yaxa qurtarmaq üçün GÖRÜN NƏ ETDİ VİDEO

Veb TV | 622 | 09:14 • 26 Sentyabr 2021
Gizli eşqdən uşaq dünyaya gətirdi - Yaxa qurtarmaq üçün GÖRÜN NƏ ETDİ

Türkiyənin Adıyaman şəhərində yeni doğulan qız uşağı diri-diri torpağa basdırılıb.

Qandonduran olayın üstü şəhid məzarlarını ziyarətə gedən lisey şagirdləri tərəfindən açılıb.

Belə ki, şagirdlər qəbiristanlıqda olarkən uşaq ağlaması eşidiblər. Gördükləri mənzərə isə dəhşətli olub. Yeni doğulan qız uşağının bir hissəsi torpağa basıdırılaraq ölümə tərk edilib. Əraziyə polis və təcili tibbi yardım çağrılıb. Körpə xəstəxanaya yerləşdirilib, vəziyyərinin yaxşı olduğu bildirilir. Körpəyə tibb bacıları tərəfindən Fatma adı verilib.

Hadisənin təfərrüatları isə polisin araşdırması zamanı bəlli olub. Körpənin adı açıqlanmayan anası saxlanılıb. O ifadəsində günahını etiraf edib:

"Həyat yoldaşım həbsaxanadadır. Gizli eşq macərasından qız uşağı dünyaya gətirdim. Sonra uşaqdan qurtulmaq üçün anamla bu planı quraraq icra etdik".

Qeyd edək ki, körpənin müalicəsi başa çatdıqdan sonra dövlətin himayəsində böyüyəcək./Metbuat.az 

Xəbər lenti