Xəzər Xəbər

"BakıKart"ın balansını onlayn artırmaq mümkündür VİDEO

Veb TV | 21:30 • 25 Sentyabr 2021
"BakıKart"ın balansını onlayn artırmaq mümkündür

Bundan sonra "BakıKart"ın balansını onlayn da artırmaq mümkün olacaq.

Xezerxeber.az-ın məlumatına görə, Bakıda mövcud avtobus parkının 70%-dən çoxu "BakıKart" sisteminə inteqrasiya edilib. Balansi onlayn artırmaq üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını iki üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur.

Bundan başqa vətəndaşlar digər üsulla da  "BakıKart"ın  balansını artıra biləcəklər.

Sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq "BakıKart" işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər.   Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti