Xəzər Xəbər

Barəsində cərimə protokolu yazılan sürücü başını divara vurdu VİDEO

Veb TV | 20:20 • 25 Sentyabr 2021
Barəsində cərimə protokolu yazılan sürücü başını divara vurdu

Bakıda sürücü ona yazılan cəriməyə etiraz olaraq başını divara vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün paytaxt Bakıda, Bakıxanov küçəsində məktəbin qarşısında, elə şagirdlərin gözü önündə baş verib.

Hadisəyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyib ki, sürücü Rüfət Şükürlü sözügedən ünvanda avtomobili yolun hərəkət hissəsində saxladığı üçün patrul əməkdaşları ona dayanma və durma qaydasını pozduğu üçün cərimə yazıb.

Bundan sonra sürücü başını divara vurmağa başlayıb.

Araşdırma zamanı məlum olub ki, Rüfət Şükürov taksi sürücüsüdür və bir neçə şagirdi məktəbə aparıb-gətirir. Onun barəsində 27-ci polis bölməsinə araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti