Xəzər Xəbər

Bakı sakinini aldadıb böyük məbləğdə ziyana salıblar VİDEO

Veb TV | 19:37 • 25 Sentyabr 2021
Bakı sakinini aldadıb böyük məbləğdə ziyana salıblar

Paytaxt sakinini işə düzəltmək adı ilə aldadıblar.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda yaşayan Ənvər Məmmədovun başına gəlib.

O deyir ki, bir neçə il əvvəl işə düzəltmə adı ilə elə özünün iştirakı ilə adına "ASAN imza" açılıb. Bundan sonra o, özünün də xəbəri olmadan adını bilmədiyi bir şirkətə işə düzəldilib.

İşdən və maaşdan xəbəri belə olmayan Ənvərin adına aybaay vergi borcu yığılmağa başlayıb. O bildirir ki, onlara pul verən şəxslər iki nəfər olub. Həmin şəxslərdən birinin ad-soyadı Hüseyn İbrahimov olub.

Şikayətçi deyir ki, indi o, harasa işə düzəlmək istəyəndə, ona vergi borcunun olduğu deyilir və hazırda işlədiyi əsas gətirilərək işə də götülmür.

Araşdırma zamanı məlum olub ki, Ənvər Məmmədovun hazırda işçi kimi qeydiyyatda olduğu şirkətin adı ''Gefotre'' MMC-dir. Ənvər Məmmədov həmin şirkətə fəhlə kimi işə götürülüb. Şikayətçi hazırda həmin şirkətin nə ofisini tanıyır, nə də fəaliyyət göstərib-göstərmədiyindən dəqiq məlumatı var.

Məsələ ilə bağlı hüquqşünaslar bildirirlər ki, vətəndaş faktla bağlı polisə və prokurorluq orqanlarına şikayət ərizəsi ilə müraciət etməlidir. Bundan sonra onu aldadan şəxslər müəyyən edilə, vətəndaşın həmin şirkətlə müqaviləsinə xitam verilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti