Xəzər Xəbər

Şəhid Orxan Dadaşlı Vətən müharibəsində böyük şücaət göstərib VİDEO

Veb TV | 22:11 • 25 Sentyabr 2021
Şəhid Orxan Dadaşlı Vətən müharibəsində böyük şücaət göstərib

Vətən müharibəsində canını fəda edən qəhrəman hərbçilərimizdən biri də Orxan Dadaşlı olub.

Xezerxeber.az-ın məlumatına görə, şəhid Orxan Elxan oğlu Dadaşlı 1997-ci ildə Lənkəran rayonunun Darquba kəndində anadan olub.

2013-cü ildə orta məktəbi bitirib və 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb.

Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilən Orxan xidməti dövründə atıcı-snayper kimi xidmət  keçib. 2015-ci ildə xidmətini başa vurduqdan sonra o, bir müddət  avtomobil ustası işləməyə başlayıb. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Lənkəran rayon hərbi komissarlığında qeydiyyatdan keçərək döyüşə yollanıb. Orxanın döyüş yolu Füzulidən başlayıb.

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı  və Şuşanın alınmasında fəal iştirak edən Orxan noyabr ayının 7-də Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. O, ölümündən sonra "Vətən Uğrunda" , "Cəbrayılın azad olunmasına görə" və " Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti