Xəzər Xəbər

Rusiyada göyərtəsində beş nəfərin olduğu vertolyotun qalıqları tapılıb VİDEO

Veb TV | 14:21 • 24 Sentyabr 2021
Rusiyada göyərtəsində beş nəfərin olduğu vertolyotun qalıqları tapılıb

Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinə məxsus “Ka-27” vertolyotunun qalıqları tapılıb.

Helikopterin qalıqları Ostraya dağının şimal yamacında tapılıb.

Bu barədə Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib.

Hadisə zamanı vertolyotun göyərtəsində beş nəfər ekipaj üzvü olub.

Onların taleyi barədə məlumat yoxdur.

Qeyd olunur ki, helikopterin qəzaya uğradığı yer mürəkkəb təbii relyefə malikdir və xilasetmə qruplarının oraya yetişməsi üçün müəyyən zamana ehtiyacı var.

Mənbə: “RİA Novosti”

Xəbər lenti