Xəzər Xəbər

Vətən müharibəsi iştirakçısının pulu və medalı oğurlanıb

Veb TV | 14:03 • 24 Sentyabr 2021
Vətən müharibəsi iştirakçısının pulu və medalı oğurlanıb

Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin “102" xidməti zəng mərkəzinə məlumat verərək yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd Vətən müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən “Xocavəndin azad olunmasına görə” medalının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

Xəbər lenti

Çox oxunanlar