Xəzər Xəbər

Azərbaycanda ŞOK: Körpənin gözlərinə COVID diaqnozu qoyuldu, 2 aydır qan gəlir VİDEO

Körpənin gözlərindən qan gəlir
Veb TV | 746 | 11:51 • 24 Sentyabr 2021
Azərbaycanda ŞOK: Körpənin gözlərinə COVID diaqnozu qoyuldu, 2 aydır qan gəlir

Azərbaycanda 5 aylıq körpənin gözünə koronavirus diaqnozu qoyulub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Lent.az-a körpənin dayısı Əlişiraz Cənnətov məlumat verib. 

O bildirib ki, 2 aya yaxındır ki, körpənin gözlərindən qan gəlir:

“Bunu görən kimi dərhal uşağı Bakıdakı klinikalardan birinə apardıq. Müayinə zamanı dedilər ki, uşağın gözlərində koronavirus var. Bunu onunla izah etdilər ki, anası hamiləlik zamanı koronavirusa yoluxub və virus ana bətnində olarkən uşağa da keçib. Sonra bir neçə həkimə də göstərdik. Bizə dedilər ki, bu nadir xəstəliklərdən biridir və adı yoxdur”.

Ə.Cənnətov qeyd edib ki, körpənin müalicəsini heç kim öz üzərinə götürmək istəmir:

“Tanınmış bir neçə həkimlərlə də danışmışıq, heç kim kömək etmir. Özümüzü itirmişik və bilmirik ki, bu nədir. Ailəmizdə belə bir şey heç vaxt olmayıb.

Bu gün çalışacağıq ki, gözünü MRT etdirək. Çünki bir neçə həkim deyib ki, ancaq bundan sonra səbəbləri tapmaq olar və müalicə yazıla bilər. Amma bir məqam da var ki, çoxları balaca olduğu üçün anesteziya (narkoz) verilməsini istəmir. Məcbur qalaraq bu gün çalışacağıq ki, gözünü yoxlatdıraq və əsl səbəbi bilək”.

Körpənin yaxınları bu xəstəliyin müalicəsində həkimlərdən yardımçı olmağı xahiş edir.

Körpənin yaxınları bu xəstəliyin müalicəsində həkimlərdən yardımçı olmağı xahiş edir.

Xəbər lenti