Xəzər Xəbər

“Bandotdel” əməliyyat keçirdi - 13 nəfər saxlanılıdı VİDEO

Veb TV | 21:36 • 23 Sentyabr 2021
“Bandotdel” əməliyyat keçirdi - 13 nəfər saxlanılıdı


Paytaxtda və rayonlarda növbəti əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən  daha 13 nəfəri saxlanıb. Onlardan 27 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə aşkar edilib. 

Narkotik maddələrin satışı ilə məşğul olan daha bir neçə nəfər saxlanıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları məlumat əsasında Astara rayonu ərazisində əvvəllər məhkum olunan Aqil Həbibovu şübhəli kimi tutub. Onun üzərində şəxsi axtarış aparılan zaman 75 qram tiryək, narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin yükləndiyi plastik kart aşkar edilib. Onun yaşadığı evdən isə 12 kiloqram heroin, 910 qram tiryək, 2 kiloqram 60 qram ''patı'', ''şüşə'' adlanan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. 

Rüfət Əliyev və əvvəllər məhkum olunan Ülvi İsmayılovu isə Paytaxtın Yasamal rayonunda saxlanıblar. Rüfət Əliyevdən 2 kiloqram 58 qram, Ülvi İsmayılovdan isə ümümilikdə 30 qrama yaxın heroin, metamfetamin, 4 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi aşkar edilib. 

Paytaxtın Nizami rayonu və Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı Mir Museyib Yaqubov, tanışı Tehran Mustafayev, Dünya İsmayılova və Sumqayıt şəhər sakini Emil Məmmədov saxlanıblar. Mir Museyib Yaqubov və Tehran Mustafayevin üzərindən və yaşadıqları evlərdən ümimilikdə 1 kiloqram 766 qram heroin, tiryək, marixuana, metamfetamin, eləcə də 30 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar edilib. Keşlə qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Dünya İsmayılovadan isə 12 qram, Emil Məmmədovdan isə 7 qram heroin aşkar edilib... 

Araşdırmalarla müəyyən edilib ki, adıçəkilən şəxslər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaq yolu ilə narkotik maddələr göndərməyə çalışan narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər.  Xəzər və Binəqədi rayonlarında həyətyanı sahələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xələfəli Rəhmanov və İlqar Mədətov saxlanıb.  Xələfəli Mədətovun Türkan qəsəbəsində yerləşən evinə baxış zamanı 4 kiloqram 257 qram qurudulmuş marixuana, çətənə kolları və elektron tərəzi aşkar edilib. İlqar Mədətovun Sulutəpə qəsəbəsindəki evindən isə 33 ədəd çətənə kolu və toxumları, həmçinin 1 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib.

Astara, eləcə də Yevlax rayonlarında digər bir əməliyyatlar zamanı narkotik vasitlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanıblar. Astara  sakinləri əvvəllər məhkum olunan Şahin Məmmədov, İsfəndiyar Süleymanov və Yevlax rayon sakinləri İmran Qurbanovla, Babək Bağırov da saxlanıblar. Şahin Məmmədovun üzərindən və yaşadığı evdən ümimilikdə 2 kiloqram 491 qram heroin və 1 ədəd tərəzi, İsfəndiyar Süleymanovdan isə 10 qrama yaxın heroin aşkar edilib. Əməliyat zamanı saxlanılan Şahin Məmmədov Astara və ətraf rayonlarda narkotik vasitələrin satışı və qaçaqmalçılığı ilə ölkə ərazisinə gətirilməsini təşkil edən əsas şəxslərdən biri olub.

Digər əməliyyat tədbirləri zamanı saxlanılan İmran Qurbanov və Babək Bağırovun ətraflarında keçirilən əməliyyat zamanı isə onlardan Yevlax rayonu ərazisində əkdikləri və xüsusi qulluq edərək yetişdirdikləri 25 ədəd çətənə kolu aşlar edilib.Faktlarla bağlı müvafiq maddələr ilə cinayət işləri başlanıb.Sonuncu əməliyyatlar zamanı ümumilikdə 27 kiloqrama yaxın narkotik vasitələr və psixotrop maddələr və həblər, həmçinin 58 ədəd kultivasiya edilən narkotik tərkibli çətənə kolu dövriyyədən çıxarılıb. 

Bu arada  Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 6 nəfər saxlanıb. Ərçivan qəsəbə sakini Emil Rzayevin üzərindən 7 qrama yaxın, yaşadığı evin həyətindəki yarımçıq tikilidən isə 6 kiloqram 620 qram qurudulmuş marixuana aşkarlanıb. Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 5 nəfər rayon sakini - Emil Cəfərov, qardaşı İlqar Cəfərov, Rüfət Abdullayev, Gülxan Kərimov və Təbriz Mirzəyev saxlanıblar. Onlardan hazır bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021