Xəzər Xəbər

Gürcü jurnalistlər gördüklərindən dəhşətə gəliblər VİDEO

Veb TV | 21:20 • 23 Sentyabr 2021
Gürcü jurnalistlər gördüklərindən dəhşətə gəliblər

Gəncədə erməni terroru nəticəsində baş verənlərlə tanış olan gürcüstanlı media və incəsənət nümayəndələri gördükləri qarşısında dəhşətə gəliblər. Dinc insanlara qarşı törədilmiş cinayətin izlərini müşahidə edən heyətin 3 üzvünün halı pisləşib və onlara  tibbi yardım göstərib. 

Gördüklərimizdən insanlıq adına utanırıq! Gürcü jurnalistlər Gəncədə erməni terrorunun izləri ilə tanış olarkən belə deyiblər. 

Erməni  vəhşiiliyini görə Gürcüstandan gəlmiş  media  nümayəndələrinin bəzilərinin hətta halı pisləşib. Onlara təcili tibbi yardım göstərilib. 

Jurnalist və bloqerlərdən olan 25 nəfərlik nümayəndə heyəti keçən il 11 oktyabr tarixində raket düşən ərazini dəhşət içərisində izləyiblər. Qonaqlara 44 günlük Vətən müharibəsində Gəncəyə edilən teror hücumlarında 26 dinc sakinin şəhid olduğu bildirilib.

Qonaqlara məlumat veriliib ki, Ermənistan tərəfində edilən ballastik raket hücumları nəticəsində ölənlərdən 7-si azyaşlı, biri hamilə olub, iki gənc qadından birinin hər iki gözü, digərinin isə bir gözü dünya işığından məhrum olub. Qonaqlar eşitdikləri qarşısında göz yaşlarına hakim ola bilməyiblər. 

Bildirilib ki,Vətən müharibəsində Gəncənin verdiyi 118 şəhidin 26 nəfəri mülki şəxslərdir. Onlar Gəncəyə Ermənistan tərəfindən edilən raket hücumları nəticəsində həlak olublar.

 

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021