Xəzər Xəbər

Ali məktəblərdə YENİ QAYDALAR - 29 sentyabrdan... VİDEO

Veb TV | 21:11 • 23 Sentyabr 2021
Ali məktəblərdə YENİ QAYDALAR - 29 sentyabrdan...

Ali təhsil müəssisələri yeni tədris ilinə yeni qaydalar ilə başlayır.  Səmimi desək Nazirlər Kabineti tələbələrin ürəyincə olacaq qərarlar verib.  Artıq yataqxanalar tələbələrin ixtiyarındadır. Bundan başqa, tələbələr kitabxanalardan da faydalana biləcəklər. Bir sözlə, ali məktəblərdə ənənəvi tədris bərpa olunur, amma müəyyən məqamlar ola bilər ki, tələbələr distant təhsilə də cəlb olunsun.  

Pandemiya şəraitinin davam etməsinə baxmayaraq, bu tədris ilində tələbələr universitet yataqxanalarından yararlana biləcəklər. Kitabxana, idman və akt zalları, o cümlədən, hovuzlardan da istifadə etmək mümkün olacaq. Ali Təhsil Müəssisələri yeni tədris ilinə Nazirlər Kabinetinin yeni qərarları ilə başlayır. 

Təhsil Nazirliyinin Elm, Ali və Orta İxtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyir ki, bütün qərarlar tələbələrin ürəyincə olacaq. Çünki uzun müddət sonra universitetlərdə ənənəvi tədris yenidən bərpa olunur. Qurum rəsmisinin sözlərinə görə, orta məktəblərdən fərqli olaraq, ali məktəblərdə müəyyən məqamlarda, əsasən də mühazirələr zamanı distant təhsilə də yer verilə bilər. Alternativ seçimi universitet edəcək.

Nazirlik rəsmisinin sözlərinə görə, kitabxanalarda çox sayda tələbənin toplaşmasına icazə verilməyəcək. Otaqların yalnız 70%-i dolu ola bilər. Sanitar-epidemioloji qaydalara, o cümlədən, sosial məsafəyə diqqət yetirilməlidir.

Yaşı 18-dən yuxarı olan bütün tələbələrdən COVID pasportu tələb olunacaq. Tələbənin yaşı 18-dən aşağıdırsa, bu pasport olmaya da bilər. Həm müəllim heyəti, həm də tələbələrin maskadan istifadəsi mütləqdir.  

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021