Xəzər Xəbər

İki rayona sel gəldi, ölən var: Əraziyə helikopter cəlb edildi VİDEO

Veb TV | 147 | 20:55 • 23 Sentyabr 2021
İki rayona sel gəldi, ölən var: Əraziyə helikopter cəlb edildi

Ölkənin şimal-qərb rayonları olan Balakən və Zaqatalada dünən axşam saatlarında müşahidə edilən leysan yağışlar nəticəsində Katexçay, Balakənçay və Talaçayda suyun səviyyəsi qalxıb. Yaranan sel təsərrüfatlara böyük ziyan vurub. Zaqatala rayonunun Qəbizdərə kənd sakini isə Katexçayı keçmək istəyərkən suda boğulub.

Leysan yağışlar Balakənçayın məcrasından çıxmasına səbəb olub. Nəticədə yaxınlıqda yerləşən Kortala kəndini sel basıb. Görüntülər Balakən rayonundandır

Sel təssərrüfatlara ciddi ziyan vurub, evlərin zirzəmilərinə və birinci mərtəbələrinə su dolub.

Zaqatalada isə Talaçayın daşması nəticəsində yaranan sel Yolayrıc, Höytala və Vöhtala kəndlərində bir sıra fəsadlar yaradıb. Sakinlərin təssərrüfatlarına ciddi ziyan dəyib. Tala çayında suyun səviyyəsinin artması səbəbindən rayonun 17 mindən çox əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən xətt dağılaraq yararsız hala düşüb. Katexçayın məcrasından çıxması nəticəsində Mazıx kəndində bir çox evlərin həyatyanı sahəsinə sel suları dolub, təsərrüfatlara ziyan dəyib. 

Qeyd edək ki, bu gün səhər saatlarında rayon Qəbizdərə kənd sakini 53 yaşlı Abdulbari Abdulxalıqov Katex çayını keçmək istəyərkən suda boğularaq ölüb. Əraziyə FHN-nin helikopteri cəlb edilib. Hər iki rayonun müvafiq qrumları leysan yağışların yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır.

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021