Xəzər Xəbər

Qəhrəman şəhidimiz Ceyhun Nüsrətli VİDEO

Veb TV | 21:11 • 22 Sentyabr 2021
Qəhrəman şəhidimiz Ceyhun Nüsrətli

Vətən müharibəsində canından keçən qəhrəman hərbçilərimizdən biri də Ceyhun Nüsrətli olub.

Xezerxeber.az-ın məlumatına görə, Füzuli rayonundan məcburi köçkün olan Ceyhun Nüsrətli 1995-ci il aprelin 8-də Bakıda anadan olub.

İxtisasca kimya müəllimi olan Ceyhun Beyləqanda anası və qardaşı ilə birgə yaşayırdı.

Universiteti bitirəndən sonra, 2019-cu ilin oktyabr çağırışında həqiqi hərbi xidmətə yollanıb, manqa komandiri kimi vəzifəsini icra edib. Müharibə başlananda onun evə dönməsinə cəmi 4 gün qalmışdı. O da döyüş yoldaşlarıyla birgə müharibəyə qatılıb, ön xətdə xidmət edib.

Ceyhun Ağdərə və  Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə düşmənin canlı qüvvəsini məhv edən qəhrəmanlarımızdandır. O, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Qəhrəman şəhidimiz ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti