Xəzər Xəbər

Azərbaycanda yeni tədris ili başlayıb VİDEO

Veb TV | 19:32 • 22 Sentyabr 2021
Azərbaycanda yeni tədris ili başlayıb

Bu gündən ölkəmizdə yeni tədris ili başlayıb. İbtidai siniflərdə ənənəvi dərslər bərpa olunub.

Xezerxeber.az-ın məlumatına görə, yeni tədris ilində ümumtəhsil məktəblərinin birinci sinfində 158 min 608 şagird oxuyacaq.

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə ilk dərs "Qarabağ Azərbaycandir!" mövzusuna həsr olunub.

Bu gün məktəblərdə şagirlərin hərarəti yoxlanılıb, dezinfeksiya tədbirlərindən sonra sinif otaqlarına buraxılıblar.

Qeyd edək ki, bu gün məktəbə I və IV siniflər gedib. 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti