Xəzər Xəbər

Məktəblə bağlı valideynlərə və bəzi müəllimlərə QADAĞA VİDEO

Veb TV | 14:51 • 22 Sentyabr 2021
Məktəblə bağlı valideynlərə və bəzi müəllimlərə QADAĞA

"Hələ də peyvəndlənmədən keçməyən təhsil işçiləri var".

XəzərXəbər məlumat verir ki, bu sözləri Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, vaksinasiyadan keçməyənlər tədrisə cəlb olunmur:

"Bu məsələyə də məktəb rəhbərliyi cavabdehdir və bunu nəzarətdə saxlayaraq tənzimləyirlər. Tədrisə cəlb olunmaq üçün mütləq şəkildə ya COVID-19 pasportu, ya da əks-göstəriş sertifikatı təqdim olunmalıdır. Əgər bir təhsil müəssisəsinin işçilərinin 80 faizindən çoxu peyvənd olunubsa, həmin müəssisədə tədris prosesinin tənzimlənməsi mümkündür. Bütün bu tələblər təmin olunduğu üçün 310 məktəbin hamısında əyani tədris bərpa olunub".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva paytaxt məktəblərinin həyətlərinə valideynlərin buraxılmaması məsələsinə münasibət bildirib:

"Valideynlər təhsilin bir parçasıdır. Onlar da bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Məktəbə isə yalnız COVID 19 pasportu ilə daxil olmaq mümkündür. Mənə elə gəlir ki, belə məqamlarda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin".

Xəbər lenti