Xəzər Xəbər

Batumi şəhərini su basdı VİDEO

Veb TV | 14:31 • 22 Sentyabr 2021
Batumi şəhərini su basdı

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində ötən gecə bir neçə saat yağan güclü yağış bir sıra ciddi fəsadlar yaradıb.

Şəhərdə onlarla küçə su altında qalıb, piyadalar və avtomobillərin hərəkəti iflic olub.

Ticarət obyektləri və yaşayış binalarının birinci mərtəbələrini də su basıb.

Sinoptiklərin proqnozlarına əsasən, Batumidə bu gün də arabir yağış yağacaq, gecə saatlarında isə güclənəcək./report

Xəbər lenti