Xəzər Xəbər

Hər kəs intihar etdiyini düşünürdü - Qatili əri çıxdı VİDEO

Veb TV | 10:08 • 22 Sentyabr 2021
Hər kəs intihar etdiyini düşünürdü - Qatili əri çıxdı

Osmaniyyədə yaşadığı binanın yeddinci mərtəbəsindən özünü atdığı bildirilən qadınla bağlı inanılmaz faktlar ortaya çıxıb.

Həyatını itirən Naime Özbulatın Taşın 2 ay əvvəl evləndiyi əri Aşkın Taş tərəfindən öldürüldüyü və sonra onu binadan yerə atdığı məlum olub. Ər Aşkın Taş mühakimə olunaraq ömürlük həbs cəzasına məhkum edilib.

Eşitmə qüsuru olan mərhum 36 yaşında olub.

Polis onun özünü aparmasından şübhələnib və saxlayıb. Meyidi yaran zaman qadının başından sərt bir cisimlə vurulduğu, dırnaqları arasında müəyyən sübutlar və yataq otağında qanının izləri aşkarlanıb./Milli.Az 

Xəbər lenti