Xəzər Xəbər

“Barselona” məğlubiyyətdən son anda qurtuldu VİDEO

Veb TV | 10:33 • 21 Sentyabr 2021
“Barselona” məğlubiyyətdən son anda qurtuldu

İspaniya La Liqasının 5-ci turu çərçivəsində "Barselona" "Qranada"nı qəbul edib. Oyun heç-heçə nəticələnib (1:1).

"Katalonlar" oyunun 90-cı dəqiqəsində məğlubiyyətdən xilas ola bilib.

Oyunda hesab 2-ci dəqiqədə açılıb. Qonaqların heyətində Dominqos Duarte (Domingos Duarte) fərqlənib. Bərabərlik qolunu isə oyunun 90-cı dəqiqəsində Ronald Arauxo (Ronald Araujo) vurub.

Həmin görüşün videogörüntüsünü təqdim edirik:

Xəbər lenti