Xəzər Xəbər

Azərbaycanda qadından şok əməl: Polis dərhal həbs etdi VİDEO

Veb TV | 20:21 • 20 Sentyabr 2021
Azərbaycanda qadından şok əməl: Polis dərhal həbs etdi

Sumqayıt şəhərində evlərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının zərərçəkənlərin müraciətləri əsasında həyata keçirdikləri əməliyyat nəticəsində şəhər sakini Nərminə Məmmədova saxlanılaraq istintaqa təqdim olunub.

Onun bu ilin əvvəlindən başlayaraq Sumqayıt şəhərində qohum və tanışlarına məxsus 5 evdən oğurluq etdiyi müəyyən edilib. Həmin şəxs mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurlayıb.

Nərminə Məmmədova oğurluq etməzdən əvvəl həmin məzillərin açarlarını əldə edərək surətlərini çıxarıb. Daha sonra ev sahibləri orada olmadığı müddətdə mənzillərdən oğurluqlar edib.

Hətta bir epizodda o, oğurluq edəcəyi mənzilin sahibini öz evinə qonaq da çağırıb. Həmin şəxsin qonaq olduğu müddətdə Nərminə Məmmədova vacib bir iş dalınca getdiyini bildirərək evdən çıxıb və həmin məzildən oğurluq edib. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqların hər birini etiraf edib.

Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Bu şəxsin digər cinayətlər etdiyi istisna olunmur.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sumqayıt Şəhər polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Daxili İşlər Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Xəbər lenti