Xəzər Xəbər

Azərbaycanda benzin yenə bahalaşdı VİDEO

Qiymət artımı sürücülərin narazılığına səbəb olub
Veb TV | 20:43 • 15 Sentyabr 2021
Azərbaycanda benzin yenə bahalaşdı

Bu gündən etibarən ölkəmizdə "Aİ-95" premium və "Aİ-98" super markalı benzinin qiyməti bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, bu gündən sonra 1.45 manata satılan premium benzin 1. 60 qəpik, əvvəllər 1. 60 qəpiyə satılan super markalı benzinin qiyməti isə 1.90 qəpik olub.

Qiymət artımı xüsusilə bu marka benzindən istifadə edən sürücülərin narazılığına səbəb olub.

Sürücülər qiymətlərin nə zamansa yenidən enəcəyini düşünmürlər.

SOCAR-ın yanacaq satışı ilə məşğul olan törəməsi - "SOCAR Petroleum" un mətbuat katibi Üzeyir Həbibbəyli qiymət artımının səbəbini açıqlayıb. Bildirib ki, bu yanacaq növləri  Azərbaycana xaricdən idxal edilir.

Energetika sahəsi üzrə ekspert İlham Şaban isə hesab edir ki, əgər bu marka benzini ölkəyə gətirən idxalçıların sayı çoxalarsa, bu zaman qiymətlərdə stabilləşmə müşahidə etmək olar. Bununla da istehsalçılar daxili bazarda eyni marka benzinin fərqli qiymətlərə satıldığını görə biləcəklər.

Ruminiyadan yanacaq idxal edən qonşu Gürcüstanda isə ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə cəmi 35 faiz bahalaşma var. Həmin müddət ərzində Azəbaycanda isə 95 markalı benzinin qiyməti 45 faiz bahalaşıb.

Qeyd edək ki, 2014-cü ilin 1 aprelindən etibarən Azərbaycanda yüksək oktanlı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti