Xəzər Xəbər

Kür çayında suyun səviyyəsi enib VİDEO

Veb TV | 21:33 • 15 Sentyabr 2021
Kür çayında suyun səviyyəsi enib

Kür çayında suyun səviyyəsi ilə bağlı yaranan problem davam edir. Çayda suyun səviyyəsi 50 santimetr enib.

Xezerxeber.az-ın məlumatına görə, mövcud problem sakinləri də çətinliklərlə üz-üzə qoyub.

Onlar deyir ki, Xəzər dənizinin suyunun Kür çayına qarışması ondan istifadəni mümkünsüz hala gətirib.

Salyan və Neftçala rayon sakinləri bildirir ki, əkin sahələri susuz qalıb.

Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif  Verdiyev "Xəzər Xəbər"ə bildirib ki, avqust ayında havanın isti və yağmursuz keçməsi Kürdə və ona tökülən çaylarda sululuğun kəskin azalmasına səbəb olub. Onun sözlərinə görə, payız və qış aylarında suyun səviyyəsinin nisbətən artacağı gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti