Xəzər Xəbər

Xırdalanda qaz borusu avtomobillərin hərəkətinə problem yaradır VİDEO

Veb TV | 21:58 • 15 Sentyabr 2021
Xırdalanda qaz borusu avtomobillərin hərəkətinə problem yaradır

Xırdalan şəhərində qaz borusu məhəlləyə müxtəlif təyinatlı, iriqabaritli nəqliyyat vasitələrinin girişini məhdudlaşdırır. Səbəb qaz xəttinin normadan aşağı hündürlükdən keçməsidir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədən gedir.

Sakinlərin sözlərinə görə, əksər hallarda qaz borusuna ilişən yük avtomobilləri xətti sıradan çıxarır. Bu isə gələcədə qaz sızmalarına və partlayışlara səbəb ola bilər.

"Xəzər Xəbər"in vatsap nömrəsinə göndərilən videodan da aydın görünür ki, məhəlləyə daxil olan yük maşını qaz xəttinə ilişib.

Məsələ ilə bağlı "Azəriqaz" İB-dən bildirilib ki, problem qısa müddətdə aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti