Xəzər Xəbər

Polis əməliyyat keçirib, tutulanlar var VİDEO

Veb TV | 20:55 • 15 Sentyabr 2021
Polis əməliyyat keçirib, tutulanlar var

Taksi sürücülərinə qarşı dələduzluq edərək onların pulunu ələ keçirən şəxslər saxlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, Suraxanı rayonu 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Astara rayon sakinləri Şəhriyar Zülfüqarzadə və qardaşı İlkar tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların müştəri kimi əyləşdikləri taksi sürücülərinin etibarından sui-istifadə edərək onları Qaraçuxur qəsəbəsi ərazisinə sürdürdükləri və orada qeyd edilən hadisələri törətdikləri məlum olub. Onların bu yolla 20-dən artıq taksi sürücüsünün pulunu ələ keçirdikləri müəyyən edilib. Saxlanılan zaman bu şəxslərin üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.

31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanıb. Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıl Orucov şübhəli şəxs kimi saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərində  axtarış aparılan zaman 1 ədəd "Makarov" markalı tapança və həmin silaha məxsus 4 patron aşkar edilib.

33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı isə sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanıb. Əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində yaşayan Elvin Məmmədov tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 5 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.

Bütün faktlarla bağlı cinayət işi başlanıb. Bu şəxslərin qanunusuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına məlumat verə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti