Xəzər Xəbər

Azərbaycanın Türkiyəyə qardaş dəstəyi davam edir - daha bir qrup yanğınsöndürən göndərildi VİDEO

Yanğının daha böyük əraziləri əhatə etməməsi üçün səylər gücləndirilib
Veb TV | 21:07 • 5 Avqust 2021
Azərbaycanın Türkiyəyə qardaş dəstəyi davam edir - daha bir qrup yanğınsöndürən göndərildi

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş Türkiyəyə yola düşüb.

Xezerxeber.az-ın məlumatına görə, Türkiyədəki yanğınların söndürülməsi üçün göndərilən qrupda yanğınsöndürmə avtomobilləri və xeyli sayda canlı qüvvə olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzulu Əsədov bildirib ki, nazirliyin əməkdaşları yanğınsöndürmə işlərində fəal iştirak edirlər və bu prosesə daha çox adam cəlb edilir.

Füzuli Əsədov bildirib ki, Türkiyədə yanğınsöndürmə əməliyyatlarına cəlb edilən nazirlik əməkdaşlarından ciddi xəsarət alan olmayıb. Sadəcə iki nəfərin ayağı burxulub və onlara da lazımi yardım göstərilib. Xidmət rəisi Türkiyəyə göndərilən dəstək qrupunun ümumi sayını da açıqlayıb.

Bundan başqa, səhər saatlarında qardaş ölkəyə həm də yanğınsöndürən təyyarəmiz yola salınıb.

Qeyd edək ki, hazırda Türkiyədə meşə yanğınları davam edir. Yanğının daha böyük əraziləri əhatə etməməsi üçün səylər gücləndirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti