Xəzər Xəbər

Vəhşi QƏTLİAM - Bir ailədən 7 nəfəri öldürdülər... - SƏBƏB VİDEO

Veb TV | 15:45 • 1 Avqust 2021
Vəhşi QƏTLİAM - Bir ailədən 7 nəfəri öldürdülər... - SƏBƏB

Türkiyənin Konya vilayətinin Meram rayonunda ötən gün günorta saatlarında törədilmiş dəhşətli qətliamın-etnik kürdlərdən ibarət ailənin bütün üzvlərinin öldürülməsinin səbəbləri üzə çıxıb.

Qətlə yetirilən Dedeoğulları ailəsinin yaxını İsmet İnik bu dəhşətli divantutmanın pərdəarxasını danışıb.

Xəbər verildiyi kimi, evə daxil olan silahlılar 4-ü qadın olmaqla bir ailədən 7 nəfəri qətlə yetiriblər və evi yandıraraq qaçıblar. İsmet İnik deyir ki, Dedeoğulları ailəsinin yaşadığı evə bir neçə gün əvvəl-Qurban Bayramının ertəsi günü 50-60 nəfərlik silahlı qrup hücum etmişdi. Və həmin hücumdan sonra evin ətrafına videomüşahidə kamerası yerləşdirilib.

İsmet İnik deyib ki, qətlə yetirilən ailənin başçısı Yaşar Dedeoğulları onun əmisidir, 10-11 il əvvəl bu qəsəbədə məskunlaşıb. Qətliamın səbəbi isə 10-11 il əvvəl iki ailə arasında yaranmış qan davasıdır.

"Həmin silahlı hücumdan sonra araya girib barışıq yaratmaq istədik, amma o biri ailədən bir nəfər barışığa gəlmədi və qətliamı da təkbaşına törədib. Evə girib, əvvəlcə içəridəkiləri vurub, sonra axırda heyvanlara baxan iki qızı vurub, içəridə olan hər kəsi öldürdükdən sonra yanında gətirdiyi benzini evə töküb od vurub və gedib",-o deyir.

İki kürd tayfası arasında bu qan davası isə adi mübahisə üstündə başlayıb, həmin vaxt tərəflər bir-birlərinə daşla, dəyənəklə hücum edib döyüblər. O vaxtdan bəri düşmənçilik başlayıb./Virtualaz.org/

Xəbər lenti