Xəzər Xəbər

Dəhşətli anlar kamerada: 7 nəfər belə öldürüldü VİDEO

Veb TV | 802 | 12:53 • 1 Avqust 2021
Dəhşətli anlar kamerada: 7 nəfər belə öldürüldü

Türkiyənin Konya vilayətindəki ailə qətliamının görüntüləri yayılıb.

Konyanın Meram rayonunda bir evə silahlı basqın edilib. Dedeoğlu ailəsinin 7 üzvü güllələnərək öldürülüb. Faciəli hadisənin görüntüləri yayılıb.

Evə girən silahlı şəxs evdəki 7 nəfəri öldürüb və evi yandıraraq qaçıb.

Qısa müddətdə hadisə yerinə çoxlu sayda polis və xilasetmə qrupları gəlib.

Evdəki yanğın söndürülərkən, evin içərisində güllələnən Yaşar Dedeoğlu, Barış Dedeoğlu, Serpil Dedeoğlu, Serap Dedeoğlu, İpek Dedeoğlu, Metin Dedeoğlu və Sibel Dedeoğlunun cəsədləri tapılıb. Dedeoğlu ailəsinə hücumun qonşuları tərəfindən törədildiyi məlum olub.

7 nəfərin öldüyü hadisənin görüntüləri ortaya çıxıb. Ailə üzvlərinin oturduğunu görən cinayətkar silahını çıxarır və hərkəsə atəş açır. Dedeoğlu ailəsi silahlı şəxsi dayandırmağa çalışsalar da, bu mümkün olmur.

Konya Prokurorluğu, hadisə ilə əlaqədar olaraq cinayətkarın ailəsindən 3 nəfərin nəzarətə alındığını və saxlanılanların sayının 13 -ə çatdığını bildirib.

Xəbər lenti