Xəzər Xəbər

Ən yüksək balı onlar topladılar VİDEO

Veb TV | 589 | 21:21 • 31 İyul 2021
Ən yüksək balı onlar topladılar

Ötən gün növbəti müəllimlərin işə qəbulu imtahanı keçirilib. Tarix fənni üzrə respublika üzrə iki nəfər gənc ən yüksək nəticə göstərib. Həmin şəxslər vaxtı ilə bir unversitetdə eyni fakultədə oxuyan tələbələrdir. Onlar uğurlarının sirrini xəzər xəbərlə bölüşüblər.

Maksiumum 60 bal olan imtahanda 57 bal toplayaraq birinci oldu.

23 yaşlı Sadiq Rzayev ötən gün müəllimlərin işə qəbulu imtahanında tarix fənni üzrə ən yüksək bal toplayana iki gəncdən biridir. Müsahibimiz Bakı Dövlət Unversitetinin Tarix fakultəsini bitirib. O, müəllim olmaq üçün bir neçə il əzmlə çalışıb. Qrup yoldaşları ilə birlikdə hazırlaşan Sadiq Rzayev yüksək bal toplayacağına əvvəldən inandığını deyir.

Sadiq Rzayev deyir ki, bu məsuliyyətli və çətin peşədə üzərinə böyük məsuliyyət düşür. Amma o bunun öhdəsindən uğurla gələcəyinə də inanır. Hətta indidən planlar da qurub.

İmtahanlardan ən yüksək nəticə göstərənlərdən biri də 23 yaşlı Zahid Qasımovdur. Zahid deyir ki, ilk dəfə qatıldığı müəllimlərin işə qəbulu üzrə imtahanlarda əsas hədəfi yüksək nəticə göstərmək olub. O, da tarix fənni üzrə 57 bal toplayıb.

Müəllimlərin işə qəbulu imtahanında yükək nəticə göstərən hər iki şəxs imtahana fərdi qaydada hazırlaşıblar. Qeyd edək ki, onlar müshibə mərhələsin keçdikdən sonra təyin olunduqları məktəbin tarix müəllimi olacaqlar.

 

Xəbər lenti