Xəzər Xəbər

Bu rayonda 24 saat fəaliyyət göstərən aptek yoxdur VİDEO

Veb TV | 2,105 | 21:15 • 31 İyul 2021
Bu rayonda 24 saat fəaliyyət göstərən aptek yoxdur

Düşünün gecə anidən halınız pisləşsə və sizə dərman lazım olsa bu zaman aptek tapa bilməyəcəksiniz. Qubalılar illərdir ki, bu problemi  yaşayırlar. Rayon ərazisində 24 saat fəaliyyət göstərən aptek yoxdur. Problemin səbəbi maraq doğurmaya bilməz. Quba gəzməli-görməli turizm bölgələrindən biridir. Belə bir rayonda 24 saat çalışan aptek niyə olmasın?

Qubada gecə saatlarında  bir dənə də olsun aptek işləmir. Kimin hansısa bir problemi yaranarsa o zaman dərdə carə olmaq üçün aptek tapa bilmir.

Yerli sakinlər bildirir ki, saat 22:00-dan sonra yalnız bir və ya iki apteki açıq görmək mümkündür. Gecə saatlarında isə ümumiyyətlə heç bir aptek fəaliyyət göstərmir. 

Qubanın turizm rayonu olduğunu nəzərə alsaq problem daha da ciddiləşir. Elə çəkiliş apardığımız vaxtda da Qubaya qonaq gəlib, amma dərdinə dərman tapa bilməyən sakinə rast gəldik.

Gecə saatlarında lazimi dərman preparatlarını tapmaqda çətinlik yaşayan sakinlər bildirir ki, əvvəllər Qubada növbətçi apteklər fəaliyyət göstərib. İndi isə yoxdur.

Rayon ərazisində sutka ərzində fəaliyyət göstərən apteklərin olmamasının səbəblərinə gəlincə, əczaçı Ayaz Muradov bunu apteklərin maliyyə durumu və əhalinin dərmanlara olan tələbatı ilə əlaqələndirir.  Onu da qeyd edək ki, mövcud problem Quba ilə yanaşı şimal bölgəsinin digər rayonlarında da yaşanır.

 

Xəbər lenti