Xəzər Xəbər

Azərbaycanda şok əməliyyat: Polis bu qadını həbs etdi - Görün hansı əməlinə görə VİDEO

Veb TV | 17,728 | 00:04 • 1 Avqust 2021
Azərbaycanda şok əməliyyat: Polis bu qadını həbs etdi - Görün hansı əməlinə görə

Polis əməkdaşlarının müxtəlif rayonlarda keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik bitkiləri əkənlər, satanlar saxlanıblar. Təəssüf ki, onların arasında qadınlar da var. Bu günkü əməliyyatlarla çoxlu sayda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 41 yaşlı Süsən Əsədli saxlanılaraq polis şöbəsinə gətirilib. Üzərinə  keçirilən baxış zamanı ondan narkotik maddə olan heroin aşkar edilib.

Süsən Əsədli narkotik maddəni Ceyhun adlı şəxsdən aldığını etiraf edib.Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 29 yaşlı Ceyhun Bağırov idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb. Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən narkotik maddə olan  heroin aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri ilə əvvəllər 6 dəfə məhkum olunan, ümumilikdə 18 il həbsdə yatan, kriminal aləmdə "Ağbaş Mübariz" ləqəbi ilə tanınan 54 yaşlı Mübariz Aslanov da saxlanılıb. Üzərinə keçirilən baxış zamanı isə  ondan "patı" adlanan narkotik maddə aşkarlanaraq götürülüb.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində də şəhər ərazisində psixotrop maddə olan metamfetaminin və heroinin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan beş nəfər saxlanılıb. 

Gəncə sakinlərindən də "patı" aşkarlanıb. Şəhər Baş Polis İdarəsinin  Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə  əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ceyhun Abdullayev saxlanılaraq Baş Polsi İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan "metamfetamin" aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik maddəni 20 manata Əli adlı şəxsdən aldığını bildirib. Hazırda həmin şəxsin kimliyinin və yerinin müəyyən edilərək istintaqa cəlb edilməsi barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə olan "metamfetamin" əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Şahid Hüseynov saxlanılıb. 

Bundan başqa  Gəncə Şəhər Baş Polis İdarəsinin  Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Musa Əliyev saxlanılıb. Həmin şəxsin üzərindən "heroin" aşkar edilərək götürülüb. 

Sumqayıt polisi isə Corat qəsəbəsidə qadınların da üzv olduğu şəbəkəni ifşa edib.

Coratda həmçinin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş İbrahim Abdullayev saxlanılıb. Müəyyən edilib ki, İbrahim Abdullayev əvvəllər məhkum olunmuş Mais Aydəmirov və Xaçmaz rayonunda qeydiyyatda olan Murad Sadıqzadə ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olub. 

Keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Natiq Cəbrayılov, Cəbrayıl Quliyev və Ağsu rayon qeydiyyatında olan Ayxan Pənahlı saxlanılıb. Onlardan müxtəlif çəkilərdə heroin və "patı" adlandırılan metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslərin qrup şəklində narkotik vasitələrin satışı ilə məşğul olduğu da istintaqa məlum olub.

Bütün  faktlara üzrə cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti