Xəzər Xəbər

Tələbə kreditləri necə veriləcək? VİDEO

Veb TV | 442 | 00:25 • 29 İyul 2021
Tələbə kreditləri necə veriləcək?

Nazirlər Kabineti təhsil tələbə kreditlərinin verilməsi qaydasını təsdiqləyib. Tələbə kreditləri necə veriləcək? Bu imkandan hansı tələbələr yararlanacaq? Təhsil nazirinin müavini İdris Isayev bununla bağlı təfərrüatları açıqlayıb.

Təhsil tələbə kreditlərinin verilməsi qaydaları açıqlanıb. Təhsil nazirinin müavini İdris İsayev bildirdi ki, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial növdən cəmiyyətin həssas təbəqəyə aid ailələrinin üzvləri faydalana biləcəklər. Nazir müavininin sözlərinə görə, ali, orta ixtisas və peşə təhsilinin yüksək texniki peşə səviyyəsində əyani şəkildə ödənişli təhsil alan bütün tələbələr kredit almaq hüququna malik olacaqlar. Amma bu, müəyyən şərtlər əsasında mümkün olacaq. Amma sosial baxımdan həssas qrupa aid edilən tələbələrin bu imkandan yararlanmaları üçün akademik borcu olmamalıdır.

İdris İsayev vurğuladı ki, kreditlər verilərkən zaminlik və girov tələb olunmayacaq. Əgər tələbə kreditin qaytarılması dövründə daha yüksək əyani təhsil almaq istəsə, bu zaman ona möhlət veriləcək. Bununla yanaşı, tələbə kredit aldığı dövrdə həqiqi hərbi xidmətə yollanarsa və ya hamilə olarsa, onlara da güzəştlər olacaq...

Nazir müavini qeyd etdi ki, kreditlər sığortalanacaq. Kreditin verilməsi elektron qaydada həyata keçiriləcək. Təhsil tələbə kreditlərinin qaytarılma müddəti 10 il olacaq.

Tələbələr deyirlər ki, tələbə təhsil kreditinin verilməsi təhsildən yayınma hallarının qarşısını alacaq.

Nazir müavini qeyd etdi ki, dövlət büdcəsindən tələbə krediti üçün 80 milyon manat ayrılıb. Kreditlərin verilməsinə sentyabr ayından başlamaq üçün işlər davam etdirilir.

Xəbər lenti