Xəzər Xəbər

Ata oğlunu zəncirlə ağaca bağlayaraq DÖYDÜ? - 12 yaşlı uşaq "XəzərXəbər"ə danışdı VİDEO

Veb TV | 522 | 23:50 • 28 İyul 2021
Ata oğlunu zəncirlə ağaca bağlayaraq DÖYDÜ? - 12 yaşlı uşaq "XəzərXəbər"ə danışdı

Tovuzda ağaca bağlanaraq döyüldüyü iddia olunan uşaq və onun ailə üzvləri "Xəzər Xəbər"ə danışıblar. Əməkdaşlarımız uşağın ailəsinin evində olublar, iddiaların nə dərəcədə doğru olduğunu araşdırıblar.

12 yaşlı yeniyetmənin atası tərəfindən zəncirlə ağaca bağlanaraq döyüldüyü iddia olunur. Hadisənin baş verdiyi ünvan kimi Tovuz rayonunun Cəlilli kəndi göstərilir. 

Hadisənin izi ilə "XəzərXəbər" həmin kənddə olub. Övladını ağır şəkildə döydüyü iddia olunan Şahin Mustafayevin valideynləri hadisənin konteksdən çıxarıldığını və əslində deyildiyi kimi baş vermədiyini iddia edirlər. Onlar övladlarının nəvələrini tərbiyə etmək üçün vurduğunu bildirirlər.

Azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Uşaq özü də atası tərəfindən pis vərdişlərinə və nadincliyinə görə döyüldüyünü etiraf edir. Bununla belə o, yaşına uyğun olmayan hərəkətlərə yol verməsinə haqq qazandırmağa çalışır...

Şahin Mustafayevin 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi iddiası Tovuz Rayon Polis İdarəsində araşdırılır.

Qeyd edək ki, azyaşlı sol qolundan ağır zədələr alıb və bədənində müxtəlif əziklər var.

Xəbər lenti