Xəzər Xəbər

Mustafa Şentop Ermənistanın atəşkəsi pozmasından danışdı VİDEO

Veb TV | 673 | 23:25 • 28 İyul 2021
Mustafa Şentop Ermənistanın atəşkəsi pozmasından danışdı

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən gərginlikdən danışıb. "Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinin hər zaman olduğunu deyən sədr bu cür davranışların acı sonluqlara vəsilə olacağını deyib. Zəngəzur dəhlizi haqqında da danışan Mustafa Şəntop, hər kəsi sözünü tutmağa səsləyib. 

Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm Türkiyə üçün önəmlidir. Bu fikirləri ölkəmizdə  səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. Sədr bildirib ki, bu dəhlizin açılması birgə bəyanatda da yer alıb, odur ki, hər kəs öz sözünü tutmalıdır. 

Son günlər Ermənistan-Azərbaycan sərhədində İrəvanın yenidən təxribatlara əl atmasına da münasibət bildirən sədr deyib ki, regionda gərginlik yaratmaq, hüquqa zidd hərəkətlər nümayiş etdirmək Ermənistan üçün yenilik deyil. Lakin bu cür davranışların sonu ağır nəticələrə gətirib çıxara bilər. 

"Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında dünən keçirilən ilk görüşdən də danışan Şəntop növbəti görüşün 2022-ci ildə Pakistanda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, gələcəkdə Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının üçtərəfli görüşü də keçirilə bilər. 

Xəbər lenti