Xəzər Xəbər

XİN sərhəddəki gərginliklə bağlı açıqlama yaydı - Ermənistanın təxribatlarının artmasının səbəbi nədir? VİDEO

Veb TV | 648 | 20:14 • 24 İyul 2021
XİN sərhəddəki gərginliklə bağlı açıqlama yaydı - Ermənistanın təxribatlarının artmasının səbəbi nədir?

Xarici İşlər Nazirliyi Kəlbəcərdə sərhəddə hərbiçimizin şəhid olması ilə bağlı açıqlama yayıb. Bildirilir ki, Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir. Ekspertlər isə bildirirlər ki, Ermənistan tərəfindən törədilən təxribatların sayının artması məqsədlidir. Görək bu məqsədlər hansılardır?

"Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir". Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva dünən Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin snayperlə atəşi nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 

Ümumiyyətlə Ermənistan tərəfindən son günlər sərhəddə törədilən təxribatların sayı artmaqdadır. Hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, 44 günlük vətən müharibəsində ordusu darmadağın olan Ermənsitan diplomatik masada da ard-arda məğlub olmaqdadır. Elə bu səbəbdən də sərhəddə yeni təxribatları artıran ermənistan həmsədr ölkələrin aktivliyini artırmağa cəhd edir

Ekspertin fikirlərinə görə, ermənistanın sərhəddəki bu aqressiyası onlara baha başa gələ bilər. Ermənistanın bu dəfəki məğlubiyyəti 2016 və 2020-ci illərdən daha betər ola bilər

Bu arada Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı açıqlama yayıb. Bildirilir ki, dövlət sərhəddinin Kəlbəcər sahəsində vəziyyət stabildir. Əməliyyat şəraiti Azərbaycan ordusunun nəzarəti  altındadır.

Xəbər lenti